Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan kommunistləri İlham Əliyevi dəstəklədilər

Azərbaycan kommunistləri İlham Əliyevi dəstəklədilər


5-03-2018, 14:17. Yazar: admin
Azərbaycan kommunistləri İlham Əliyevi dəstəklədilər


Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin növbəti plenumunda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı məsələ müzakirə edilib.

Azərbaycan KP MK-nın sədri Rauf Qurbanovun virtualaz.org-a bildirdiyinə görə, Azərbaycan kommunistləri Yeni Azərbaycan Partiyasının namizədi İlham ƏIiyevi dəstəkləməyə qərar veriblər.

Bundan başqa, partiya sədrinin sözlərinə əsasən, kommunistlər ayrı-ayrı partiyaların seçkiləri boykot etmək çağırışlarını qınayıblar. “Bəzi xarici qüvvələr sonradan bundan ölkəmizə təzyiq vasitəsi kimi istifadə edə bilərlər”, - AKP-nin lideri bildirib.
Geri dön