Ana Sayfa > Karusel / Cəmiyyət > Sumqayıtda bir evdən altı meyit çıxarıldı

Sumqayıtda bir evdən altı meyit çıxarıldı


5-03-2018, 09:51. Yazar: admin




Sumqayıtda bir evdə 6 meyit tapılıb.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.

Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə altı nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

aia.az
Geri dön