Ana Sayfa > Karusel / Parlament > İki günün “yol terroru” - 7 qəza, 3 ölü, 8 yaralı
İki günün “yol terroru” - 7 qəza, 3 ölü, 8 yaralı5-03-2018, 09:13. Yazar: admin |
Daxili İşlər Nazirliyi martın 3-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb. Nazirlikdən aia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb. aia.az Geri dön |