Ana Sayfa > İdman > Həsən Ruhani FİFA prezidentinə söz verdi

Həsən Ruhani FİFA prezidentinə söz verdi


3-03-2018, 18:11. Yazar: admin
Həsən Ruhani FİFA prezidentinə söz verdi



İran çempionatında keçirilən "Esteqlal" - "Persepolis" (1:0) qarşılaşmasını izləmək istəyən 35 qadının stadiona buraxılmaması FİFA prezidenti Canni İnfantinonu da narahat edib.

aia.az goal.az-a istinadən xəbər verir ki, qurumun rəhbəri problemin yaxın zamanda həll olunacağına inamını ifadə edib.

"İnanıram, əminəm və mənə söz veriblər ki, İranda qadınlar tezliklə futbol stadionlarına buraxılacaq" - deyib.

FİFA nümayəndələrindən biri isə bunlarıqeyd edib:

"FİFA insan hüquq və azadlıqlarının qorunmasında, xüsusilə qadınların meydançalara girişinə icazə verilməsində maraqlıdır. İnfantinonun İrana səfərinin əsas məqsədlərindən biri ölkənin siyasi və idman orqanları ilə bu məsələdə inkişafa nail olmaq idi. Onun İran prezidenti Həsən Ruhani ilə görüşü ərzində cənab İnfantino qeyd etmişdi ki, cinsindən asılı olmayaraq hər bir futbol azarkeşinə stadionda sevimli komandasını dəstəkləmək imkanı yaradılmalıdır. Xüsusilə əhalinin futbola böyük maraq göstərdiyi İran kimi ölkədə. Prezident Ruhani yaxın gələcəkdə bunda müsbətə doğru inkişaf olacağına söz verdi".

aia.az
Geri dön