Ana Sayfa > Dünya > Putin ABŞ-dan sübut istədi: Nə etdiklərini görməliyəm

Putin ABŞ-dan sübut istədi: Nə etdiklərini görməliyəm


3-03-2018, 17:40. Yazar: admin
Putin ABŞ-dan sübut istədi: Nə etdiklərini görməliyəm




Rusiya ABŞ-ın 2016-cı il prezident seçkilərinə müdaxilə etməkdə təqsirləndirdiyi şəxslər barədə sübutları araşdırmalı və müstəqil qərar verməlidir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın NBC telekanalına müsahibəsi zamanı danışıb.

"Biz bu cür ittihamlara cavab verə bilmərik, çünki həmin şəxslər Rusiya qanunlarını pozmayıblar. Mən bu insanların nə etdiyini görməliyəm. Bizə sənədləri təqdim edin, informasiya verin. Əgər ABŞ Rusiyadan hər hansı bir addım gözləyirsə, bunun üçün mütləq Baş Prokurorluğa rəsmi müraciət ünvanlanmalıdır”, - Putin bildirib.

Qeyd edək ki, Rusiyanın 13 vətəndaşı və daha 3 qurumu ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunur.


aia.az
Geri dön