Ana Sayfa > Siyasət > “Millət artıq ondan bezib” – Səməd Seyidovdan AÇIQLAMA

“Millət artıq ondan bezib” – Səməd Seyidovdan AÇIQLAMA


3-03-2018, 11:24. Yazar: admin
“Millət artıq ondan bezib” – Səməd Seyidovdan AÇIQLAMA


Martın 2-də Ermənistanda parlament ölkənin yeni prezidentini seçib. Hakim “Respublika” Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.



Ermənistanda son konstitusiya dəyişikliyinə əsasən, prezident əsasən mərasim funksiyalarını həyata keçirən, real icraedici funksiyaların olmadığı şəxs sayılacaq. Real hakimiyyət isə baş nazir və parlament arasında bölüşdürələcək. Buradan da görünür ki, Ermənistanda yeni prezidentin seçilməsi formaldır.



Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlama verib.

Komitə sədri bildirib ki, Ermənistanda yeni prezidentin seçilməsinə baxmayaraq heç nə dəyişilməyib.



“Onlar ənənəvi siyasətindən istifadə edib faktiki Serj Sarkisyan hakimiyyətinin saxlanılması üçün məcburi şəkildə əllərindən gələni edərək gözə toz üfürmək üçün konstitusional “islahatlar” düzəldiblər. Bu konstitusional reformlar əsasında parlament tərəfindən yeni müəyyən olunmuş prezident hansısa böyük səlahiyyətlərə malik olmayacaq . Bütün səlahiyyətlər baş nazirə keçir”.



Səməd Seyidov Ermənistanda kimin baş nazir olacağının aydın olduğunu qeyd edib.



“Hamıya aydındır ki, Ermənistanın baş naziri kim olacaq. Bu köhnə prezident Serj Sarkisyandır. Bu nöqteyi-nəzərdən, Ermənistanın gələcək prezidentinin fəaliyyətini şərh etməyə belə dəyməz. Bu hansısa dəyişiklik yox, hakimiyyət mübarizəsi və hakimiyyəti əldə saxlamaq üçün görülmüş işlərdir.



Serj Sarkisyanın növbəti oyunudur. Ermənistanda millət artıq ondan bezib. Hamıya aydındır ki, hazırda Ermənistan nə vəziyyətdədir. O bu taktikanı seçib ki, guya Ermənistanda yeni prezident seçiləcək. Amma bunların hamısı boş şeylərdir. Ona görə ki, Ermənistanda heç bir real seçki yoxdur . Sadəcə Serj Sarkisyan baş nazir kimi siyasətini və hakimiyyətini möhkəmləndirir”.

aia.az
Geri dön