Ana Sayfa > Dünya > Afrində 2434 terrorçu məhv edilib
Afrində 2434 terrorçu məhv edilib3-03-2018, 11:18. Yazar: admin |
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2434-ə çatıb. aia.az-ın məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib. Əməliyyat çərçivəsində indiyədək 118 yaşayış məntəqəsi terrorçulardan azad edilib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. aia.az Geri dön |