Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Biznesmeni avtomobilində güllələdilər

Biznesmeni avtomobilində güllələdilər


22-11-2015, 13:49. Yazar: admin
Biznesmeni avtomobilində güllələdilər
Türkiyənin Dənizli şəhərində biznesmen qətlə yetirilib

Aia.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında özünə məxsus lüks avtomobillə hərəkət edən iş adamı İsa Mintaş işıqforda gözləyərkən naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.

Biznesmenin avtomobilinə yaxınlaşan digər maşından 3 atəş açılıb. Başından xəsarət alan İ.Mintaşın avtomobili bir qədər hərəkət etdikdən sonra yaxınlıqdakı həyətə girərək dayanıb.

Qətlin motivi və hadisəni törədən şəxslərin kimliyi məlum deyil.

Araşdırma aparılır.
Geri dön