Ana Sayfa > Dünya > ABŞ-da fövqəladə vəziyyət elan olundu - ölənlər var
ABŞ-da fövqəladə vəziyyət elan olundu - ölənlər var3-03-2018, 11:17. Yazar: admin |
ABŞ-ın Merilend ştatında kəskin hava şəraiti və güclü küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu haqda aia.az xarici KİV-ə istinadla xəbər verir. Məlumata görə, Merilenddə, eləcə də qonşu Virginiya ştatında 3 nəfər həlak olub. Bildirilir ki, ümumilikdə ABŞ-ın şərq sahilində 5 nəfər kəskin havanın qurbanı olub. Virginiya ştatında fövqəladə vəziyyət ötən gündən elan olunub. Paytaxt Vaşinqtonda isə dövlət idarələri və məktəblər işləyməyib. Ümumilikdə 700 min adam işıqsız qalıb. aia.az Geri dön |