Ana Sayfa > Parlament > Narkoloji Mərkəzdə həlak olanlardan 9-nun meyiti ailələrinə təhvil verilib
Narkoloji Mərkəzdə həlak olanlardan 9-nun meyiti ailələrinə təhvil verilib3-03-2018, 11:12. Yazar: admin |
Fevralın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 9-nun meyiti ailələrinə təhvil verilib. "Report" xəbər verir ki, bu, ölənlərin ailə üzvləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinə gələrək meyitlərə baxış keçirdikdən sonra mümkün olub. Nəticədə yalnız 9 nəfərə aid meyit yaxınları tərəfindən tanınıb və hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına verilib. Kimliyi bilinən 9 meyitin ad və soyadı hələ ki, açıqlanmır. Hazırda digər 16 meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza işləri aparılır. aia.az Geri dön |