Ana Sayfa > İdman / Aia TV / Karusel > Ronaldo: “Ya mən getməliyəm, ya da Benites“

Ronaldo: “Ya mən getməliyəm, ya da Benites“


22-11-2015, 13:46. Yazar: admin


“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti dəfə baş məşqçisi Rafael Benitesdən narazılığını dilə gətirib

Aia.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, La Liqanın son turunda Madriddə “Barselona”ya ağır məğlubiyyətdən (0:4) sonra portuqaliyalı futbolçu Benitesin rəhbərliyi altında oynamaq istəmədiyini bildirib: “Real”dan ya mən getməliyəm, ya da Benites” – deyə o qeyd edib.

Xatırladaq ki, Benitesin məşq üsullarını bəyənməyən Ronaldonun "Real"dan ayrılmaq istədiyi bildirilir.
Geri dön