Ana Sayfa > Karusel / Dünya > Afrində 8 türk hərbçisi şəhid olub
Afrində 8 türk hərbçisi şəhid olub2-03-2018, 09:56. Yazar: admin |
Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 8 türk hərbçisi həlak olub. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında məlumat verilib. Bəyanatda deyilir: "Əməliyyat çərçivəsində 8 hərbçi həlak olub, 13 hərbçi isə yaralanıb". Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. aia.az Geri dön |