Ana Sayfa > Manşet / Parlament > Narkoloji Mərkəzdəki yanğında ilkin məlumata görə 30-dək şəxs ölüb
Narkoloji Mərkəzdəki yanğında ilkin məlumata görə 30-dək şəxs ölüb2-03-2018, 09:54. Yazar: admin |
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb. Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır. Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib.Yanğın səhər saatlarında söndürülüb. aia.az Geri dön |