Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda yeni assosiasiya yaradıldı - Südlə bağlı

Azərbaycanda yeni assosiasiya yaradıldı - Südlə bağlı


1-03-2018, 15:20. Yazar: admin
Azərbaycanda yeni assosiasiya yaradıldı - Südlə bağlı


Süd və süd məhsulları istehsalçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib.

AIA.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək.

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis yığıncağında Samir Eyyubov qurumun İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən hər bir hüquqi və ya fiziki şəxs müvafiq sənədləri təqdim etməklə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü ola bilər

AIA.Az
Geri dön