Ana Sayfa > Siyasət / Karusel > Nalbandyan əhalini hədələdi

Nalbandyan əhalini hədələdi


30-06-2015, 09:12. Yazar: admin
Nalbandyan əhalini hədələdi
Ermənistanın XİN başçısı etiraz edənləri ölkədə qarışıq yaratmaqda günahlandırıb.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan etiraz aksiyası keçirən əhalini hədələyib və onları ölkədə qarışıq yaratmaqda günahlandırıb.

ANS PRESS-in məlumatına görə, o, Belarusun xarici işlər naziri Vladimir Makeyem ilə görüşdə bildirib ki, biz ölkədəki demokratik mühiti qoruyub saxlayacağıq. Etiraz aksiyaları adı altında ölkədə vəziyyəti qarışıdırılmasının qarşısını almağı bacaracağıq.

Onun sözlərinə görə, Ermənistanda kütləvi etiraz aksiyalarını demokratik yolla, dialoq yolu ilə həll etmək asan olmayacaq. Bu zaman başqa vasitələrdən istifadəyə ehtiyac duyulacaq.

O, İrəvandakı vəziyyətlə bağlı dünya ölkələrinin, eləcə də beynəlxalq təşkilatların bəyanatlarını öz məqsədlərinə uyğun şəkildə dəyərləndirib: "Bu, onlar ölkəmizdəki demokratik prosesləri dəstəyidir. Biz öz tərəfimizdən insan hüquqlarının müdafiəsinə olan sədaqətimizi bildirdik. Bizim üçün əsas demokratik azadlıqlardır."

Maraqlıdır, görəsən, Nalbandyan hansı demokratik mühitdən danışır. Yəqin, onun leksikonunda, öz hüquqları uğrunda çarpışan əhaliyə divan tutmaq demokratik dəyər sayılır.

Nalbandyanın fikrincə, Ermənistan sakinləri və hökumətin arasında dialoq davam etdiriləcək, amma vəziyyətin həlli üçün xeyli vaxt lazım olacaq. Vətəndaşların narazılığına gəlincə, elektrik enerjisinə tariflərin artımı ilə hazırda hakimiyyəti energetika şirkətinin auditinin keçirilməsi haqqında tapşırıq verib. Nəticələr elan olunana kimi hökumət əhali üçün elektrik enerjisinin qiymətini kompensasiya edəcək.

Belarusun Xarici İşlər Nazirliyinin başçısı isə deyib ki, Ermənistanda vəziyyəti dramatikləşdirmək lazım deyil. Bu daxili məsələdir. əminəm ki, Ermənistan əhalinin narazılığını anlayacaq və sakitcə demokratik ruhda problemləri həll edəcək.

Xatırladaq, Baqramyan prospektində ölkə əhalisinin oturaq piketi 11 gündür davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı çıxır və "Soyğuna yox", "Talana yox" şüarları səsləndirirlər. Mitinq edənlər Serj Sarkisyandan qiymətlərin nizama salınması üzrə komissiyanın elektrik enerjisi tariflərinin 6,93 dram artırılması barədə qərarının tam şəkildə ləğvini istəyirlər.
Geri dön