Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda bir gündə 51 nəfər TUTULDU

Azərbaycanda bir gündə 51 nəfər TUTULDU


1-03-2018, 10:35. Yazar: admin
Azərbaycanda bir gündə 51 nəfər TUTULDU


Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 11-nin açılması təmin olunub.



Axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

aia.az
Geri dön