Ana Sayfa > Media > Səudiyyə Ərəbistanı dünyanı təəccübləndirdi

Səudiyyə Ərəbistanı dünyanı təəccübləndirdi


28-02-2018, 17:43. Yazar: admin
Səudiyyə Ərəbistanı dünyanı təəccübləndirdi


Vəliəhd şahzadə Məhəmməd ibn Salman Səudiyyə Ərəbistanında daha bir yeniliyə imza atıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin mühafizəkar imicini dəyişmək məqsədilə ilk dəfə qadın və kişilər caz festivalına qatılıblar.Festival ölkənin paytaxtı Ər- Riyadda keçirilib.



Bu tədbir həm də ölkədə keçirilən ilk caz festivalı kimi yadda qalıb. Festivala xarici vətəndaşlar da maraq göstərib. Belə ki, Livanın paytaxtı Beyrutdan və ABŞ-ın Orlean şəhərindən turistlər iştirak ediblər.

Gender bərabərliyinə əsaslanan islahatlar ölkədə sürətlə inkişaf etsə də, məhdudiyyətlər hələ də davam edir. Caz festivalı zamanı qadın və kişilər ayrı-ayrı hissələrdən festivalı izləyiblər.

aia.az
Geri dön