Ana Sayfa > Siyasət > Deputatlarımız Rusiyaya gedir

Deputatlarımız Rusiyaya gedir


28-02-2018, 15:52. Yazar: admin
Deputatlarımız Rusiyaya gedir




Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də Rusiyaya səfərə gedəcəklər.

Milli Məclisdən aia.az verilən məlumata görə, millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri komissiyasının iclasına qatılacaqlar.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflər verəcəklər. Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər. Səfər martın 3-də başa çatacaq.

aia.az
Geri dön