Ana Sayfa > Media > Qonşu ulduzda PARTLAYIŞ olub

Qonşu ulduzda PARTLAYIŞ olub


27-02-2018, 17:29. Yazar: admin
Qonşu ulduzda PARTLAYIŞ olub




Günəş sisteminə ən yaxın olan ulduzda güclü partlayış qeydə alınıb.

Trend-in məlumatına görə, bir qrup amerikalı mütəxəssis Atakama səhrasında yerləşən ALMA teleskopu vasitəsilə Sentavr Proksima ulduzunda güclü partlayışlar müşahidə ediblər.

Qeyd olunur ki, bu ulduzda baş verən partlayış enerji axınına görə Günəşdəki partlayışlardan fərqlənir.

Alimlər bu partlayış nəticəsində Sentavr Proksimasının orbitindəki planetlərin güclü radiasiyaya məruz qaldığını düşünürlər.


aia.az
Geri dön