Ana Sayfa > Siyasət > Səməd Seyidov: Azərbaycan-Türkiyə münasibətləri əbədidir

Səməd Seyidov: Azərbaycan-Türkiyə münasibətləri əbədidir


27-02-2018, 17:27. Yazar: admin
Səməd Seyidov: Azərbaycan-Türkiyə münasibətləri əbədidir


Azərbaycan-Türkiyə münasibətləri əbədidir. Trend-in məlumatına görə, bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri İsmayıl Kahramanla görüşü zamanı Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dəyişməz olaraq alacaq:

"Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsi yüksəkdir. Bu əlaqələrin daha da güclənməsi üçün əlimizdən gələni edirik, bundan sonra da edəcəyik".

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının Xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair protokol imzalanacaq.

aia.az
Geri dön