Ana Sayfa > Karusel / Ölkə > Mingəçevirdə zavodda partlayış: Xəsarət alanlar var

Mingəçevirdə zavodda partlayış: Xəsarət alanlar var


26-02-2018, 17:41. Yazar: admin
Mingəçevirdə zavodda partlayış: Xəsarət alanlar var




Mingəçevir şəhərindəki Azneftmaş ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.

Reportxəbər verir ki, hadisə bu gün gunorta saatlarında qeydə alınıb.

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəşevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

aia.az
Geri dön