Ana Sayfa > Siyasət > Tacikistan prezidenti bu il Azərbaycana gələcək

Tacikistan prezidenti bu il Azərbaycana gələcək


24-02-2018, 17:16. Yazar: admin
Tacikistan prezidenti bu il Azərbaycana gələcək



Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.

aia.az
Geri dön