Ana Sayfa > Manşet / Siyasət > Türkiyəli deputat Xocalı soyqırımına görə Qərbi ittiham etdi
Türkiyəli deputat Xocalı soyqırımına görə Qərbi ittiham etdi24-02-2018, 12:06. Yazar: admin |
"Bütün cinayətkarları, dəlilləri və etirafları ilə mövcud olan Xocalı soyqırımını görməzliyə vuran bəzi qərb ölkələri, bu gün qondarma 1915-ci il hadisələri ilə bağlı qərarlar qəbul edirlər”. Bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünüvar deyib. Onun sözlərinə görə, Xocalı insanlıq tarixinin yaşadığı ən böyük qətliamlardan biridir: "Unutmayacağıq, unutdurmayacağıq. 26 il əvvəl, 26 fevralda ermənilər tərəfindən Xocalıda və Qarabağın bir çox ərazisində soyqırım və deportasiya hadisəsi baş verib. Bu hadisələri törədənlərin əsas məqsədi insanları öldürmək, doğma yurdlarından qovub Dağlıq Qarabağı işğal etmək idi. Bu hadisədən 2 il sonra Qarabağ işğal edildi. Hazırda Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və 1 milyon insan yurdundan, evlərindən ayrı həyat yaşayır. İndi Qərb dünyası bu hadisələri görür ki? Görmür, eşitmir. Bəs bilir? Çox yaxşı bilir”. Türkiyəli deputat ATƏT-in Minsk Qrupunun fəaliyyətini sərt tənqid edib. Qeyd edib ki, Minsk qrupu fəaliyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç nə etməyib.(azvision.az) aia.az Geri dön |