Ana Sayfa > Karusel / Cəmiyyət > Tovuzda iki nəfər evdə yanaraq ölüb

Tovuzda iki nəfər evdə yanaraq ölüb


24-02-2018, 11:59. Yazar: admin
Tovuzda iki nəfər evdə yanaraq ölüb




Tovuz rayonunda ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 m2 sahədə və digər otaqda divan qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən aia.az–a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


aia.az
Geri dön