Ana Sayfa > Ölkə > Bakıda qanunsuz olaraq 4 küknar kəsən saxlanıldı

Bakıda qanunsuz olaraq 4 küknar kəsən saxlanıldı


24-02-2018, 11:57. Yazar: admin
Bakıda qanunsuz olaraq 4 küknar kəsən saxlanıldı




Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

aia.az
Geri dön