Ana Sayfa > Karusel / Cəmiyyət > Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb


24-02-2018, 11:55. Yazar: admin
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb




Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunub.

Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

aia.az
Geri dön