Ana Sayfa > Manşet / Ölkə > Abid Şərifov: “Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

Abid Şərifov: “Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”


23-02-2018, 15:07. Yazar: admin
Abid Şərifov: “Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”


“Bayıl yamacındakı sürüşmə zonasında 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq”

"Bayıl yamacındakı sürüşmə zonasından 97 ailə köçürülüb, 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq. Bu 2 evin artıq yarısı uçub”.


aia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifov deyib ki, Nazirlər Kabinetinin ilk qərarı sakinlərin bu təhlükəli ərazidən çıxarılması olub: "Nazirlər Kabinetinin Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrılıb. Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4 evdə 25 nəfər insan yaşayırdı”.


Nazirlər Kabinetinin Bayıl yamacındakı sürüşmə zonasındakı evlərlə bağlı yekun qərarına gəlincə, A. Şərifov qeyd edib ki, hələlik layihə işləri gedir: "Görək sürüşmə prosesi dayanacaqmı, sürüşmə prosesinin qarşısı necə alına bilər? Hələlik bir dəyişiklik yoxdur. Amma sürüşmə də yavaş-yavaş davam edir. Hələlik başqa heç nə demək mümkün deyil. Sürüşmə zonasındakı evlər də mühafizə olunur. İndidən 97 evin hamısının sökülüb-sökülməyəcəyi, sakinlərin hamısının köçürülüb-köçürülməyəcəyi ilə bağlı heç nə demək olmaz. Həm də 97 evi köçürmək xırda bir məsələ deyil axı...”

aia.az
Geri dön