Ana Sayfa > Gündəm > Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edəcək23-02-2018, 15:02. Yazar: admin |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən fevralın 27-də Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. FHN-dən aia.az-a verilən məlumata görə, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında 26 fevral 2018-ci il tarixdə saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. aia.az Geri dön |