Ana Sayfa > Manşet / Gündəm > “Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub” - Axtarışa qoşulan dağçıdan AÇIQLAMA

“Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub” - Axtarışa qoşulan dağçıdan AÇIQLAMA


23-02-2018, 11:09. Yazar: admin
“Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub” - Axtarışa qoşulan dağçıdan AÇIQLAMA




2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.


İlk günlərdən itkin alpinistlərin axtarışlarında iştirak edən dağçı Sirxan Məmmədov Modern.az-a bildirib ki, hava şəraiti olduqca əlverişsizdir:


“Yağan qara baxmayaraq, hava şəraiti əlverişli olan kimi axtarışlar davam etdirilir. Onların tapılması üçün bütün vasitələr səfərbər olunub”.


26 dekabr 2017-ci il tarixində, axşam saatlarında Fövqəaldə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

aia.az
Geri dön