Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Naxçıvan əhalisinin gəlirləri artmaqda davam edir
Naxçıvan əhalisinin gəlirləri artmaqda davam edir19-11-2015, 15:53. Yazar: admin |
Komitə məlumat yaydı. Naxçıvan Muxtar Respublikasında (MR) əhali gəlirlərinin artımı davam edir. Aia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinin 2015-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatda deyilib. “Cari ilin 10 ayında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 1 milyard 411 milyon 407 min manat, onun hər bir nəfərə düşən həcmi isə 2,5% yüksələrək 3195,4 manat təşkil edib. 2015-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 394 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5% artıb”, - deyə komitədən bildirilib. Geri dön |