Ana Sayfa > Manşet / Dünya > “Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi
“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi22-02-2018, 12:28. Yazar: admin |
![]() Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1829 nəfərə çatıb. Bu barədə aia.az Türkiyə KİV-nə istinadla xəbər verir. Məlumatda bildirilir ki, son sutkada 49 terrorçu məhv edilib. Qeyd olunur ki, bu müddət ərzində Afrində 93 məntəqə terrorçulardan azad edilib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. aia.az Geri dön |