Ana Sayfa > Ölkə > Tikintisinə 2005-ci ildə başlanılan, lakin indiyə kimi tikilib istifadəyə verilməyən qalmaqallı bina

Tikintisinə 2005-ci ildə başlanılan, lakin indiyə kimi tikilib istifadəyə verilməyən qalmaqallı bina


21-02-2018, 14:25. Yazar: admin
Tikintisinə 2005-ci ildə başlanılan, lakin indiyə kimi tikilib istifadəyə verilməyən qalmaqallı bina


Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində tikintisinə 2005-ci ildən başlanılmış, lakin indiyə kimi tikilib istifadəyə verilməyən 16 mərtəbəli binanın bir qrup payçısı redaksiyaya şikayət məktubu ilə müraciət edib. Şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

"Biz, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının payçıları bildirmək istəyirik ki, tikintisinə 2005-ci ildən başlanılmış başabəla bina hələ də hazır deyil. Müqavilə şərtlərinə görə bina 1 il yarımda, yəni 2006-cı ildə təhvil verilməli idi. Müqaviləyə görə binada aşağıdakı işlər görülməli idi:

- tikintinin xarici tərtibatı və arakəsmələr; - giriş dəmir seyf qapısının qoyulması;
- mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xəttlərinin çəkilməsi, divarların suvaqlanması;
- pəncərələrin qoyulması və şüşələnməsi. Ancaq bu günə kimi bu işlər görülməyib və binada heç bir iş aparılmır. Binanın tikintisini aparan əsas şəxs Şakir Hüseynov vəfat etdiyindən, binaya nəzarəti onun qohumu həyata keçirir və o da vəsait olmadığından tikinti işlərinin dayandırıldığını bildirir.

Biz payçılara dəyən mənəvi və maddi ziyanın ödənilməsi və ya mənzillərdə tikinti işlərinin başa çatdırılıb binanın təhvil verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət etmək zəruriyyətindəyik. Buna görə də bütün zərər çəkmiş payçılardan xahiş olunur ki, 055-435-04-69 nömrəli əlaqə telefonuna zəng edib, təcili olaraq ünvanlarını, telefon nömrələrini, tələb və iradlarını bildirsinlər ki, hamılıqla şikayət edə bilək. Çünki, 13 ildir ki, bizə yalan vədlər verib aldadırlar. Daha bu biabırçılığa dözmək mümkün deyil. Qoy, günahkarlar ədalət məhkəməsi qarşısında cavab versinlər”.

Hörmətlə,
Tikintisi başa çatmamış həmin binadan böyük intizarla mənzil gözləyən H.Vəliyev, S.Əliyev və digər payçılar

aia.az
Geri dön