Ana Sayfa > Gündəm / Seçilənlər-3 / Karusel > Britaniyalı Qafqaz əsirləri (VİDEO, FOTO)

Britaniyalı Qafqaz əsirləri (VİDEO, FOTO)


30-06-2015, 09:00. Yazar: admin
Britaniyalı Qafqaz əsirləri (VİDEO, FOTO)
Şotlandiya hökumətinə müraciət etmiş neft mütəxəssisləri Bakıdan çıxmağa yardım istəyiblər
Britaniya vətəndaşları Mark Manro (Mark Munro) və Alan Teyt (Allan Tait) Şotlandiya hökumətinə müraciət edərək onların Azərbaycan paytaxtından çıxa bilmələrinə yardım göstərməyi xahiş ediblər.

ANS PRESS-in məlumatına görə, Bakıda “SOCAR CAPE” şirkətində çalışmış sənaye təmizləyicisi Mark Manro və mexanik Alan Teyt may ayının əvvəllərində gecə klubuna buraxılmadıqlarına görə dava salmışdılar. Bu barədə yayılmış videokadrlardan görünür ki, gecə klubuna girə bilməyən qonaqlar mühafizəçiyə bir neçə yumruq atıb. Yerli mətbuat həmin dava zamanı mühafizəçinin çənəsinin sındığı barədə məlumat yaymışdı.
Geri dön