Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > YAP Sabunçu Rayon Təşkilatı öz sıralarını genişləndirir

YAP Sabunçu Rayon Təşkilatı öz sıralarını genişləndirir


21-02-2018, 11:53. Yazar: admin
YAP Sabunçu Rayon Təşkilatı öz sıralarını genişləndirir



Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib. YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultay aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Heç şübhəsiz Prezident İlham Əliyevin növbəti dəfə dövlətimizin rəhbərliyinə seçilməsi müasir Azərbaycanın həm stabil inkişaf edən bu gününün, həm də daha firavan gələcəyinin təminatı üçün tələb olunan obyektiv zərurətdir.

Son vaxtlar hakim partiyanın təmsilçilərinin nüfuzdan salınmasına yönəldilən cəhdlər də bir qədər intensivləşib. Maraqlıdır ki, seçkilər öncəsi keçirilən anti-təbliğat xarakterli kampaniyalar bu il daha çox YAP-ın struktur-bölmə, rayon təşkilatı rəhbərlərinə qarşı yönəldilib. Belə əsassız hücumlara məruz qoyulan şəxslərdən biri də Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevadır.

Qısa arayış:

Mehriban Adil qızı Abasquliyeva 1963-cü ildə anadan olmuşdur. 1986-cı ildə Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsini bitirmişdir. Uzun illər səhiyyə sistemində rəhbər vəzifələrdə çalışmışdır. 1994-1998-ci illərdə Bakı şəhər1 saylı Qadın məsləhətxanasının baş həkimi, 1998-2000-ci illərdə Bakı şəhər 3 saylı ŞKX-da baş həkimin müavini vəzifəsində işləmişdir. 2000-ci il tarixindən hal hazıradək Bakı şəhər 2 saylı Doğum evinin baş həkimi vəzifəsində işləyir.
Tibb üzrə fəlsəfə doktorudur. Ailəlidir, 3 övladı var.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.
14 fevral 2007-ci il, 1 dekabr 2011-ci il və 17 aprel 2017-ci il tarixlərində Yeni Azərbaycan partiyası Sabunçu rayon təşkilatının müvafiq olaraq VII, VIII və IX konfranslarında Sədr seçilmişdir.


İlk növbədə qeyd edə bilərik ki, 1993-cü il aprel ayında 30 nəfərlə ilk təsis konfransını keçirən YAP Sabunçu rayon təşkilatı bu gün 123 ərazi üzrə ilk partiya təşkilatında on min nəfərə yaxın YAP üzvünü birləşdirir. Bunlardan təxminən 55faizini qadınlar və 37 faizini gənclər təşkil edir. Son 5 ildə YAP Sabunçu Rayon Təşkilatı həqiqətən böyük inkişaf yolu keçmiş və sıralarını xeyli genişləndirmişdir. Yeni Azərbaycan Partiyası və onun sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində rayon təşkilatının gördüyü işlər deməyə əsas verir ki, bu qurumun fəaliyyəti kifayət qədər məqsədə uyğun və qənaətbəxşdir.


Eyni zamanda bu gün Mehriban Abasquliyevanın rəhbərlik etdiyiBakı şəhər 2 saylı Doğum evinin fəaliyyətini də təqdirəlayiq hesab etmək olar. Əldə etdiyimiz məlumatlarda da təsdiq olunur ki, baş həkim Mehriban Abasquliyeva işini dəqiq bilən savadlı, tələbkar, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan peşəkarkadr kimi tanınır. Qeyd edək ki, hazırda 2 saylı Doğum evində 80 çarpayılıq doğum şöbəsi, 30 çarpayılıq ginekologiya şöbəsi, 10 çarpayılıq reanimasiya şöbəsi və qadın məsləhətxanası öz pasiyentlərinə yüksək səviyyədə tibbi xidmətlər göstərməkdədirlər. Hamilə qadınların müayinə və müalicəsinə diqqətin artırılması, müasir laborator müayinələrin tətbiq olunması, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında müalicə planının işlənib hazırlanması və digər xüsusi tədbirlər isə, bu səhiyyə ocağında xidmət səviyyəsinin daim yüksəlməsini təmin edir.




Arzu edərdik ki, mətbuat səhifələrində hər hansı bir insan barəsində tənqidi material yerləşdirərkən, ilk növbədə bu materialın müəllifi öz “tənqid hədəfi”nin həyat və fəaliyyətini, onun əldə etdiyi uğur və nailiyyətləri bir qədər dərindən, bir qədər də qərəzsiz araşdırsın. Bəlkə bu zaman biz jurnalistlər də barəsində çox danışdığımız haqq-ədalət meyarlarını daha az pozmuş olarıq.

aia.az

Dəyanət Həsənov
Geri dön