Ana Sayfa > Parlament / Aia TV / Karusel > Narkotik alverçisinə 10 il 6 ay həbs
Narkotik alverçisinə 10 il 6 ay həbs19-11-2015, 15:07. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əliyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Aia.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, məhkəmədən təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Hakimlər müşavirəyə gedib. Hakimlər kollegiyasının hokum ilə Ə. Əhmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Əliyar Əhmədov Astaradan külli miqdarda narkotik maddə- heroini Bakıya gətirərərkən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.43 ( külli miqdarda narkotik maddənin dövriyyəsi) maddəsi ilə cinayət işi başlanıb. Geri dön |