Ana Sayfa > Karusel / Dünya > Afrində daha 3 kənd terrorçulardan azad edilib

Afrində daha 3 kənd terrorçulardan azad edilib


19-02-2018, 17:13. Yazar: admin
Afrində daha 3 kənd terrorçulardan azad edilib




Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.

aia.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatında bu günədək 1641 terrorçu zərərsizləşdirilib.

Məlumatda qeyd olunub ki, ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib, üç kənd - İkidam, Şeltah, Merseva və Racu bölgəsinin qərbindəki təpəliklər terrorçulardan təmizlənib.

Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 72-ə çatıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.


aia.az
Geri dön