Ana Sayfa > İdman > Olimpiadada rusiyalı idmançıda dopinq aşkarlandı

Olimpiadada rusiyalı idmançıda dopinq aşkarlandı


19-02-2018, 17:12. Yazar: admin
Olimpiadada rusiyalı idmançıda dopinq aşkarlandı




Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında rusiyalı kerlinqçidə dopinq aşkarlanıb.

aia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kerlinq ustası Aleksandr Kruşelnitskinin dopinq testi Seulda keçirilən əlavə laborator müayinələrdən sonra qadağan edilmiş maddələrə malik olduğu aşkarlanıb.

Həyat yoldaşı Anastasiya Brızqalova ilə birlikdə oyunların bürünc medalını qazanmış Kruşelnitskinin medalından məhrum olunacağı gözlənilir.

Beynəlxalq Olimpiya Komitəsinin üzvü Riçard Paund rusiyalı idmançıların Olimpiadaya buraxılmasının əleyhinə olduğunu deyib.

aia.az
Geri dön