Ana Sayfa > Manşet / Gündəm > General Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək
General Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək19-02-2018, 17:09. Yazar: admin |
Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisə hesabat verəcək. Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin aprel 3-də keçiriləcək iclasında Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq. Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək. aia.az Geri dön |