Ana Sayfa > Manşet / Dünya > Türkiyə Ordusu Suriyada terrorçulara qan uddurur: 1641-i məhv edilib
Türkiyə Ordusu Suriyada terrorçulara qan uddurur: 1641-i məhv edilib19-02-2018, 11:15. Yazar: admin |
![]() Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb. Bu barədə aia.az Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir. Ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib. Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların 15 obyektinə, o cümlədən, silah anbarına və döyüşçülərin sığınacağına zərbələr endirib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. aia.az Geri dön |