Ana Sayfa > İdman > Kubokun finalı mayın 28-də keçiriləcək

Kubokun finalı mayın 28-də keçiriləcək


17-02-2018, 17:30. Yazar: admin
Kubokun finalı mayın 28-də keçiriləcək




Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib.

aia.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, işgüzar görüş zamanı milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib.

Yığmamızın 29 mayda Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan Kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, Azərbaycan kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 28 may Respublika günündə baş tutacaq.

Millimizin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə məlumat yaxın günlərdə məlumat veriləcək.

aia.az
Geri dön