Ana Sayfa > Karusel / Siyasət > İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb

İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb


17-02-2018, 17:28. Yazar: admin
İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb




"Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün edilən 6 müraciətə müsbət cavab verilib”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

MSK sədri bildirib ki, indiyə qədər 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb: "Bu namizədlərdən 12-nin prezidentliyə namizədliyi təsdiq edilib. Onlardan 7-si siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən, 4-ü isə öz təşəbbüsü ilə irəli sürülmüş namizədləridir”.

M.Pənahov qeyd edib ki, hazırda prezidentliyə namizədlərin irəli sürülməsi prosesi davam edir və arzu edən şəxslər namizədliyini irəli sürə bilər.

aia.az
Geri dön