Ana Sayfa > Karusel / İdman > "Qəbələ"nin oyununda dava düşdü - VİDEO

"Qəbələ"nin oyununda dava düşdü - VİDEO


17-02-2018, 17:25. Yazar: admin
"Qəbələ"nin oyununda dava düşdü - VİDEO



Bu gün "Qəbələ" və "Zirə" komandaları arasındakı Topaz Premyer Liqasının XVI tur matçından sonra dava düşüb.

Baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki komandanın futbolçuları arasında kütləvi toqquşma baş verib.

Toqquşmada meydan sahiblərindən kapitan Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tounkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb.

Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1.

aia.az


Geri dön