Ana Sayfa > Karusel / Parlament > Bakıdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA
Bakıdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA17-02-2018, 12:32. Yazar: admin |
Xəbər verdiyimiz kimi, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb. Daxili İşlər Nazirliyi (DİN) paytaxtdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. aia.az Geri dön |