Ana Sayfa > Karusel / Parlament > Kredit götürmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu
Kredit götürmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu16-02-2018, 14:52. Yazar: admin |
![]() Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" dan vətəndaşlara kredit alacağını vəd edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qəzənfər Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. aia.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Q. Qəhrəmanov 7 il azadlıqdan məhrum edilib. İttihama görə, Q. Qəhrəmanov ayrı-ayrı vətəndaşlara "Muğanbank"dan külli miqdarda kredit alacağını vəd edib, onlardan pul alaraq aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərə 11 min manatdan çox ziyan vurmaqda təqsirləndirilir. Geri dön |