Ana Sayfa > Siyasət > “Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir” - Şefçoviç

“Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir” - Şefçoviç


15-02-2018, 17:02. Yazar: admin
“Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir” - Şefçoviç




“Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin IV iclası çox yüksək səviyyədə təşkil olunub. “Cənub Qaz Dəhlizi”ndə işlər əvvəlcədən proqnozlaşdırıldığı kimi gedir”. AzVision.az xəbər verir ki, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

Onun sözlərinə görə, bu layihə ilə Azərbaycan qazı cari ildə Türkiyəyə, iki il sonra isə Avropa göndəriləcək: ““Cənub Qaz Dəhlizi” layihəsi strateji əhəmiyyətə malikdir və bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihələrdən biri olacaq. Biz çox məmnunuq ki, Bolqarıstan və Rumıniya interkollektorlar vasitəsilə bu layihəyə qoşulmağa qərar veriblər”.

O, qeyd edib ki, Avropanın maliyyə qurumları da bu layihəyə öz dəstəyini göstərir:“Nəticədə ötən ilin oktyabrında Avropa Yenidənqurma və inkişaf Bankı TANAP-a 500 milyard avro, Avropa İnvestisiya Bankı isə layihəyə 1,5 milyard avro kredit ayırıb. Bu isə bir daha Avropa İttifaqının bu layihələrə marağını göstərir.Enerjiyə olan tələbat Avropanın sərhədləri ilə məhdudlaşmır. Digər ərazilər də bura daxildir. Biz yalnız bu halda enerji mənbələrinin diversifikasiyasından danışa bilərik”.

M.Şefçoviç Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması barədə sualı cavablandırarkən deyib: “Biz Türkmənistan hökumətinin rəhbərliyi ilə müntəzəm olaraq görüşlər, müzakirələr keçiririk. Biz hazırda Türkmənistan qazının Cənub Qaz layihəsi vasitəsilə Avropaya çatdırılmasını müzakirə edirik. Bu istiqamətdə Azərbaycan tərəfinin göstərdiyi səyləri də alqışlayırıq. Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də danışıqlar aparılıb və razılığa gəlinib”.

aia.az
Geri dön