Ana Sayfa > Siyasət > “TANAP-ın icrası qanedici səviyyədədir” - Nazir

“TANAP-ın icrası qanedici səviyyədədir” - Nazir


15-02-2018, 16:00. Yazar: admin
“TANAP-ın icrası qanedici səviyyədədir” - Nazir




“Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin IV iclasında ötən il görülmüş işlər nəzərdən keçirildi. Biz həmçinin gündəlikdə olan planları, hazırda səmərəli formada həyata keçirilən layihələr barədə danışdıq”.

AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib. P.Şahbazov bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi 4 komponentdən ibarətdir:

“Hər dörd komponent müzakirə edildi. Bu layihənin bütün komponentləri əvvəlcədən proqnozlaşdırıldığı kimi həyata keçirilir. Layihənin icrası qanedici səviyyədədir. Bu ilin ortasından Azərbaycandan ilk qaz Türkiyəyə çatdırılacaq. 2020-ci ildə isə Cənub Qaz layihəsi çərçivəsində qaz İtaliyanının cənubuna çatdırılacaq”.

aia.az
Geri dön