Ana Sayfa > Manşet / Ölkə > “Ovçular” kolbasaları – keyfiyyətinə güvənilir
“Ovçular” kolbasaları – keyfiyyətinə güvənilir14-02-2018, 11:34. Yazar: admin |
1992-ci ildən fəaliyyətə başlamış şirkətdə hal-hazırda yüksək peşəkarlığa malik mütəxəssislər çalışırlar Aydındır ki, bu gün Azərbaycanda sahibkarlığın daha da inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən yaradılmış son dərəcə əlverişli şərait, digər sahələrdə fəaliyyət göstərən obyektlərlə yanaşı qida məhsulları istehsal edən müəssisələrin də sayının getdikcə artmasına imkan yaradır. Təbii ki, bu olduqca təqdirəlayiq bir tendensiyadır. İstehsal müəssisələrinin sayının artması istehlakçıya təklif olunan məhsulun həm kütləsinin, həm də çeşid sayının artması, eyni zamanda bu sahədə rəqabətin artması deməkdir ki, bu da son nəticədə əlbəttə ki, özünü istehsal olunan məhsulun keyfiyyətində göstərməlidir. Belə ki, xüsusilə qida məhsullarının çeşidlərində seçim imkanları artıqca, istehlakçı ilk növbədə keyfiyyəti daha yüksək olan məhsullara üstünlük verəcək. Bu gün qida məhsulları istehsalı sahəsində xüsusi yeri və çəkisi olan istiqamətlərdən biri də ət və ət məhsullarının istehsalıdır. Belə ki, müasir insanların gündəlik qida rasionlarında kolbasa və sosiska çeşidlərinin kifayət qədər geniş yer alması bu məhsulların istehsalını da stimullaşdırır. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda bu məhsulların istehsalı ilə məşğul olan müəssisələrin də sayı az deyil. Məhz elə bu səbəbdən də, əhalinin qida təhlükəsizliyinin təmin olunması baxımından bu müəssisələrin fəaliyyətləri imkan daxilində araşdırılmalı və istehlakçılara daha etibarlı istehsalçı şirkətlər tövsiyyə olunmalıdır. İstehsal etdiyi məhsulların həm keyfiyyətinə, həm də dad göstəricilərinə tam etibar edə biləcəyimiz müəssisələrdən biri də “Ovçular ət və ət məhsulları” MMC-dir. İlk növbədə qeyd edək ki, 1992-ci ildən fəaliyyətə başlamış bu şirkətdə hal-hazırda yüksək peşəkarlığa malik olan mütəxəssislər çalışırlar. İstehsal prosesində istifadə olunan texnologiya və avadanlıqlar isə, əsasən Almaniya və Polşa istehsalı olmaqla bu sahənin ən qabaqcıl təmsilçiləri hesab oluna bilərlər. Hələ keçən il “Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb ki, bu da müxtəlif çeşidli “Ovçular” sosiska və kolbasalarının keyfiyyətinin artırılması istiqamətində növbəti əhəmiyyətli addım atılmasına imkan yaradıb. Etiraf olunmalıdır ki, bu gün paytaxt Bakının aparıcı supermarketlərində də məhsulları ən çox tələbat doğuran müəssisələrdən biri də məhz “Ovçular ət və ət məhsulları” MMC-dir. Bunu da qeyd edək ki, hazırda müəssisə halal qida sertifikatlarına da malikdir və bişmiş, bişmiş-hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə tam zəmanət verərək, “Ovçular” öz alıcılarının önünə yüz faizli güvənlə çıxır. Bir qədər yuxarıda biz istehsalçı müəssisələrin sayının artması ilə rəqabətin də artdığını və bunun əslində yaxşı göstərici olduğunu qeyd etmişdik. Amma təəssüflər olsun ki, bəzən rəqib şirkətlər tərəfindən tamamilə qeyri-sağlam rəqabət üsullarına da əl atılır. Bir müddət əvvəl bəzi elektron saytların səhifələrində “Ovçular ət və ət məhsulları” MMC-nin guya ki, keyfiyyətsiz məhsulları barədə dərc olunmuş dezinformasiya xarakterli materiallar da şübhəsiz qeyri-sağlam rəqabət üsullarının bir göstəricisidir. Təbii ki, “Ovçular” şirkəti belə hücumlardan öz mövqeylərini itirə biləcək bir səviyyədə olan müəssisələrdən deyil. Bununla belə, dərc olunan böhtan xarakterli yazılar təkcə müəssisənin deyil, həmçinin onun istehlakçılarının, müştərilərinin və tərəfdaşlarının hüquqlarının pozulmasına göstərilən cəhd kimi dəyərləndirilməlidir.Bu səbəbdən də həmin yazı müəlliflərini bir daha diqqətli olmağa və yazacaqları hər kəlmənin məsuliyyətini dərk etməyə çağırırıq. aia.az Tural Əsədov Geri dön |