Ana Sayfa > Manşet / Təhsil > Azərbaycanda iqtisadiyyat elmlərinin tədrisi yüksək səviyyədə həyata keçirilir
Azərbaycanda iqtisadiyyat elmlərinin tədrisi yüksək səviyyədə həyata keçirilir14-02-2018, 11:26. Yazar: admin |
Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kolleci bu sahədə aparıcı mövqeylərə malik olan təhsil müəssisələrindəndirlər Aydındır ki, istənilən bir ölkədə iqtisadi inkişafa nail olmaq üçün bir çox digər amil və göstəricilərlə yanaşı, eyni zamanda həm də ölkədə bu sahə üzrə, yəni iqtisadiyyat üzrə bilikli, savadlı, peşəkar kadrların mövcud olması zəruri şərtlərdən biridir. Təbii ki, bu gün müstəqil Azərbaycanımızın təhsil sistemində aparıcı istiqamətlərdən biri kimi də məhz iqtisadiyyat üzrə ali təhsil müəssisələrinin fəaliyyətini qeyd etmək olar. Bu baxımdan ölkə təhsilində Azərbaycan Kooperasiya Universitetinin mövqeyi əlbəttə ki, xüsusi qeyd olunmalıdır. Azərbaycan Kooperasiya İnstitutu müstəqil dövlət ali təhsil müəssisəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitutu Bakı filialının bazası əsasında yaradılmışdı. Azərbaycan Kooperasiya İnstitutu respublikada yeganə dövlət ali təhsil müəssisəsi idi ki, dövlət büdcəsindən deyil, təsisçisi olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı-Azərittifaq tərəfindən maliyyələşdirilirdi. 2000-ci ildə ali məktəbin adı dəyişdirilərək Azərbaycan Kooperasiya Universiteti adlandırıldı. Əgər əvvələr ali məktəb əsasən kooperasiya sistemi üçün kadrlar hazırlayırdısa, hazırda respublika iqtisadiyyatının bir çox digər sahələri üçün də genişprofilli, yüksəkixtisaslı mütəxəssislər yetişdirir. Universitetin rektoru Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, iqtisad elmləri doktoru, professor Eldar Allahyar oğlu Quliyevdir. Qısa arayış: Eldar Quliyev 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (hazırda Azərbaycan Dövlət İqtisat Universiteti) bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir. 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur. Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnis adına medalla mükafatlandırmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülmüşdür. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunmuşdur. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabı çap olunmuşdur. Dünyanın ən qlobal problemlərindən birinə - ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir. 2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib. Təqdimatda eyni zamanda, professor E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub. Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Bu gün Azərbaycan Kooperasiya Universitetində mütəxəssis hazırlığı ilə 400 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Onlardan 12 nəfəri professor, 99 nəfəri elmlər namizədi, dosent və 104 nəfəri baş müəllim və assistentdir. Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetin 8 fakültəsində tələbələr 18 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 19 kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, kooperasiya muzeyi fəaliyyət göstərir. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris - köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, AFR, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun "Qran-pri" mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır. Hazırda Azərbaycan Kooperasiya Universitetində hazırda 3500 nəfərdən çox tələbə təhsil alır. Lakin bütün bu deyilənlərlə yanaşı, bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, müasir iqtisadiyyatın praktiki və tətbiqi istifadəsi baxımından həmçinin kollec və orta ixtisas peşə məktəblərinin də xüsusi rolu vardır. Bu tip müəssisələr arasında isə, sözsüz ki, Bakı Biznes və Kooperasiya Kollecinin yeri xüsusilə qeyd olunmalıdır. Məlumat üçün bildirək ki, bu gün kollecdə Mühasibat uçotu, Maliyyə işi, Vergi və vergitutma, Bank işi, Sığorta işi, Menecment, Gömrük işi, Marketinq, Bələdiyyə təsərrüfatlarının təşkili, Kommersiya, Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, İnformasiya texnologiyası sistemləri, Turizm və onun təşkili, Mehmanxana-turizm və sanatoriya-kurort komplekslərində iaşə və servis, İnformatika müəllimliyi, Turizm və onun təşkili kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Kollecə rəhbərliyi isə, riyaziyyat üzrə fəlsəfə doktoru, ixtisası üzrə beş dərsliyin, 50-yə qədər elmi məqalənin müəllifi Fatima xanım Quliyeva həyata keçirir. Qısa arayış: Fatimə Ağayar qızı Quliyeva 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən Azərbaycan Kooperasiya Universitetində müəllim, baş müəllim, 2008-ci ildən “Marketinq və menecment” fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 2011-ci ildə “iki tərtibli operator dəstəsinin məxsusi və qoşma elementlərinin tamlığının tədqiqi” mövzusunda elmi işi müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru adını almışdır. 6 kitab və tədris proqramının müəllifidir və 30 elmi əsəri respubilka və xarici ölkə jurnallarında dərc edilmişdir. 2011-ci ildən Bakı Biznes və Kooperasiya Kollecinin direktorudur. 2014-cü ildə Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2016-cı ildı Rusiya Təbiət Elmləri Akademiyası alimlərin, müəllimlərin və mütəxəssislərin beynəlxalq assosiasiyası tərəfindən “LABORE ET SCENTİA – Əməyi və biliyi ilə” ordeninə layiq görülmüşdür. Bu gün yuxarıda sadaladığımız ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün Bakı Biznes və Kooperasiya Kollecində müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bır zəmanətdir. Lakin bu, yalnız o halda mümkün olur ki, müasir maddi-texniki baza peşəkar müəllim heyətinin nəzrətində istifadə olunsun. Deyə bilərik ki, məhz bu baxımdan da Bakı Biznes və Kooperasiya Kolleci tələbələrinin bəxtləri gətirib. Belə ki, hazırda kollecdə fənnlərin tədrisi ilə 138 nəfər yüksək ixtisaslı müəllim məşğul olur ki, onlardan bir nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru,9 nəfəri isə dissertantdır. Həmçinin pedaqoji heyətin tərkibində bir nəfər “Əməkdar müəllim”, iki nəfər isə “Tərəqqi” medalı ilə təltif olunmuş şəxslərdir. Bundan başqa isə, kollecdə inzibati-texniki işlərlə daha 19 nəfər inzibati işçi, 22 nəfər tədris işləri üzrə köməkçi və texniki işçilər məşğul olurlar. Təqdirəlayiq haldır ki, kollecdə hər imtahan sessiyasından sonra şöbələr üzrə tədrisin vəziyyəti, nəticələri elmi-metodiki şuralarda, elmi-praktiki konfranslarda müzakirə olunur, çatışmazlıqlar araşdırılır, onların aradan qaldırılması üçün ixtisas müəllimlərinə müvafiq göstəriş və tövsiyyələr verilir. Qabaqcıl müəllimlərin təcrübəsindən istifadə edilir, onların yaradıcı fəaliyyəti qiymətləndirilir. Həmçinin qeyd etmək lazımdır ki, son illər ərzində bu təhsil ocağına ictimai maraq da xeyli artıb. Birmənalı olaraq qeyd etmək olar ki, bu gün Bakı Biznes və Kooperasiya Kollecində tədrisin düzgün planlaşdırılması, tələbələrə göstərilən qayğı və diqqət, möhkəm nizam-intizam və tədris prosesinin şəffaflığı, demokratik ab-hava, yaradılan yeni ixtisaslar kollecin inkişafını daha da sürətləndirib və təhsil ocağının tələbələri və məzunları qarşısında yeni-yeni perspektivlər açıb. aia.az Sərxan Həsənov Geri dön |