Ana Sayfa > İdman > Çempionlar Liqasında 1/8 final başladı - İlk NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/8 final başladı - İlk NƏTİCƏLƏR


14-02-2018, 10:54. Yazar: admin
Çempionlar Liqasında 1/8 final başladı - İlk NƏTİCƏLƏR




Ötən gecə UEFA-nın Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

aia.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

İtaliyada "Yuventus” İngiltərə "Tottenhem”ini qəbul edib. Oyun 2:2 hesablı heç-heçəylə bitib.

İsveçrədə isə "Bazel” İngiltərə Premyer Liqasının lideri olan "Mançester Siti” ilə üz-üzə gəlib. Rəqibinə heç bir şans tanımayan "Mançester Siti” rəibə 4 cavabsız top vurub.

13 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

"Yuventus” (İtaliya) – "Tottenhem” (İngitərə) 2:2
Qollar:İquain, 2 (1:0); 9-pen (2:0), Keyn, 35 (2:1), Erikssen. 72 (2:2)
Qaçırılan penalti:İquain, 45+2 ("Yuventus")

"Bazel” (İsveçrə) – "Mançester Siti” (İngiltərə) 0:4
Qollar:İlkay Gündoğan, 14, Silva, 18, Aquero, 23, İlkay Gündoğan, 53


Bu gün 1/8 final mərhələsində daha iki oyun keçiriləcək:

23:45."Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

23:45."Real" (İspaniya) - PSJ (Fransa)

aia.az
Geri dön