Ana Sayfa > Karusel / Cəmiyyət > 2-ci sinif şagirdi parta arxasında keçindi – Məktəbdə faciə

2-ci sinif şagirdi parta arxasında keçindi – Məktəbdə faciə


13-02-2018, 12:55. Yazar: admin
2-ci sinif şagirdi parta arxasında keçindi – Məktəbdə faciə


Abşeron rayonu, Xırdalan şəhər 6 №-li tam orta məktəbdə ölüm hadisəsi baş verib.
AİA.Az xəbər verir ki, bakupost-un əldə etdiyi məlumata görə, dünən 2-ci sinif şagirdi İsayeva Ləman dərsdə olarkən, özünü pis hiss edib. O sinif rəhbərinə müraciət edərək, halının yaxşı olmadığını deyib. Məlum olub ki, şagirdin qızdırması qalxıb. Məktəbdən dərhal L.İsayevanın valideynlərinə xəbər verilib. Lakin valideynləri çatana kimi uşaq keçinib.
Məsələ ilə bağlı BakuPost-a açıqlama verən 6 №-li tam orta məktəbin direktor müavini Vəfa Məhərrəmova şagirdin öldüyünü təsdiqləyib, lakin hadisənin məktəbdə baş vermədiyini deyib: “Ləman İsayeva 2 gün idi ki, dərsə gəlmirdi. O, anadangəlmə xəstə uşaq idi. Ürək qüsuru var idi. Məktəbdə qızdırması isə doğru xəbər deyil. Onun 2 gün ərzində dərsdə olmadığı jurnalda da qeyd edilib”.

AİA.AZ
Geri dön